Hotel haqqında

Dağlardan və meşələrdən tədricən uzaqlaşdığınız zaman Ayurveda terapiyasını təqdim edən hotelimizə gələn yolda həzin sükunət hissi Sizi müşayiət etməyə başlayacaq. Hotelimizin geniş və yaşıl ərazisinə daxil olanda, hotelimizin heyrətamiz memarlığına və interyerinin rahat dizaynına valeh olacaqsınız. Geniş və işıqlı vestibül qonaqlarımızı təbiətin çalarlarını əks etdirən dekorasiya elementləri ilə bəzədilmiş dəbdəbəyə qərq olmağa dəvət edir.

"Shabran Wellbeing Resort" 12,6 hektarlıq ərazini əhatə edir. Otel 119 otaq və suit nömrələrdən və ayrıca inşa edilmiş 30 kottecdən ibarətdir.

Hotelin geniş ərazisinə piyada yolları, uşaq oyun meydançası, futbol meydançası, qapalı hovuz və geniş yay terrasları da daxildir.