Ayurvedada kürək ağrısına "Kati shoola" deyilir. Kati "bel" (omba), shoola isə "ağrı" mənasını verir. Klassik mənbələrdə Kati vata, Prishta shoola, Kati graha, Trika shoola və Trika graha kimi digər adlar və anlayışlar mövcuddur. Vata bədəndə bu cür ağrıların yaranmasına səbəb olan əsas doşadır (doşa — Ayurveda fəlsəfəsində elementlərin qarşılıqlı təsiri nəticəsində yaranan enerji) və kürək ağrısı Vataja nantmaja vyadhis adı altında təsnifatlaşdırır.
Vata ilə əlaqəli xəstəliklər çoxdur və onlar bədən boyunca müxtəlif nahiyələrdə yarana bilər. Bununla belə, geniş diapazonda simptomlar Vata disbalansından xəbər versə də, Vata pozuntularının əsas əlaməti Ayurvedada Shoola adlandırılan "ağrı"dır. Shabran Wellness Resort-da kürək ağrısının Ayurveda metodları ilə müalicəsi doşanın üstünlük dərəcəsi və başlıca səbəb əsasında planlaşdırılacaq. Mümkün müalicə üsullarına Shodhana üçün Pançakarma terapiyası, daxili xəstəliklərin müalicəsi, xaricə istifadə üsulları, pəhriz rejimi və həyat tərzinə dair məsləhətlər daxildir.
Kürək ağrısı üçün Ayurveda müalicə üsulu
Kativasti – Kativasthi isti yağ və ya bitkimənşəli həlimlərin istifadəsi ilə həyata keçirilən Ayurveda lumbosakral cavanlaşdırma terapiyasıdır. Prosedur dərin toxuma səviyyəsində həm yerli yağlanmanı, həm də hopdurulmanı təmin edə bilər. Ayurveda müalicə metodları Vata doşasını sakitləşdirir, ağrı və iltihabı azaldır. Bu, oynaqların yumşaldılması, sümüklərin, birləşdirici toxumaların, sinirlərin və lumbosakral nahiyənin əzələlərinin qidalandırılması və gücləndirilməsi üçün ən yaxşı üsuldur. Bel ağrısı üçün ən təsirli Ayurveda müalicə metodudur.
Patra Pinda Sveda – Pinda Sveda emal edilmiş otların bir parça daxilinə yığıldığı və müalicə üçün istifadə edildiyi svedana (tərlətmə) növüdür. Həm də Ela Kizhi adlandırılan bu müalicə üsulu yüngül yağ masajı və ya Abhyanqadan sonra edilir, sümüklərə, əzələlərə və sinirlərə təsir edən xəstəlikləri aradan qaldırır.
Pizhiçil – Pizhiçil Pançakarama Ayurveda müalicə üsulunun başlıca komponentidir. Burada qan dövranını yaxşılaşdırmaq, ama və ya toksinləri bədəndən çıxarmaq üçün yağ və istilik terapiyası birləşdirilir. Müalicəvi yağ parçadan sızaraq bədəninizə nüfuz edir. Bu prosesdən sonra isə cavanlaşdırıcı masaj tətbiq edilir.
Navarakizhi – Navarakizhi tər induksiyaedici Ayurveda terapiyasıdır; bədən əzələlərini möhkəmləndirir və cavanlaşdırır. Digər adı Shashtika Shali Pinda Sveda-dır. (Shashtika altmış, Shali düyü, Pinda püre, Sveda isə tər deməkdir). Shashtika Shali altmış günə yetişdirilən düyü növüdür; süd və bitkimənşəli məlhəmlərlə emal edildikdən sonra Ayurveda müalicə üsulları üçün istifadə edilir.
Kati Piçu – həm də Bahya Snehana adlandırılan Pichu Ayurveda müalicə üsulu "müalicəvi yağların xaricə tətbiqi" olaraq təsnif edilir. Pichu Ayurvedada süngərləmək deməkdir və masaj unikal şəkildə tətbiq edilir.
