Dəriyə gündəlik təbii qulluq

5000 illik tarixə malik Ayurveda təbabəti hər zaman dərinin gözəlliyinin dəstəkçisi və təşviqatçısı olmuşdur. Bu, inklüzivliyə əsaslanan prinsiplərlə hər bir canlının individuallığına hörmətlə yanaşan qədim elm sahəsidir. Ayurvedaya görə bədənimiz pançamahabhutadan (beş element: torpaq, su, od, hava, fəza) ibarətdir və özündə birlikdə doşa adlanan üç bioenerjini (vata, pitta və kapha) ehtiva edir. Doşa səviyyələrində uyğunsuzluq insan səhhətində disbalans yarada və bədənin bir neçə sisteminə eyni vaxtda təsir göstərə bilər. Bu, həmçinin dəri üçün də keçərlidir. Başqa sözlə desək, dərimiz ümumi sağlamlığımızın və rifahımızın göstəricisidir. 
 

Dəriyə Ayurveda pəncərəsindən baxış
Dəriniz müxtəlif vaxtlarda fərqli görünüşə malikdir. O, vaxtaşırı təkamülə məruz qalır və Ayurveda buna üç doşanın hərəkətindəki narahatlıq kimi qiymətləndirir. İnsan həyatının erkən illərində dəridə üstünlüyə malik doşa kapha olacaq. Körpə dərisi hamarlığı, elastikliyi və yağlılığı ilə xarakterizə olunur. Həyatın növbəti mərhələsində dominantlıq pitta doşasına keçir. Bu mərhələdə dəri sızanaq, quruluq/yağ yığılması, səpki, ləkələr və s. kimi hormonal dəyişikliklərə meyilli olur. Bir neçə onillikdən sonra vata mərhələsi başlayır, dəridə qırışlar, solğunluq və hiperpiqmentasiya yaranır. Dəridə bəzi dəyişikliklər mövsümi, Ayurveda dili ilə desək, ritu olaraq baş verir. Vata mərhələsi varsha ritu-da (yağışlı mövsümdə), pitta mərhələsi sarath-da (payız mövsümündə), kapha mərhələsi isə vasantha-da (yazda) kəskinləşir; deməli, oxşar dəyişikliklər bu hallarda da müşahidə edilə bilər.
 

Dəri növünün müəyyənləşdirilməsi
Ayurvedada hər insanın öz fizioloji doşa vəziyyətinə uyğun formalaşdığı fikri irəli sürülür. Fərdin fiziki formalaşması hətta onun dünyaya gəlişindən əvvəl müəyyənləşdirilir; bunu Prakritiadlandırırıq. Prakriti doşaların bədəndəki normal vəziyyətinə əsaslanır; yəni mövsümi dəyişikliklərdən və ya yaşlanmadan deyil, doşaların bədəninizdəki fizioloji varlığından qaynaqlanır. Bəzi insanlarda pitta dominantlıq etdiyi halda, digərlərində vata təbii olaraq artacaq. Bəzi bədənlərdə normal halda kapha daha yüksəkdir. Buna görə, bu doşaların inikasını insanın dərisində müşahidə edə bilərik.
●     Vatanın üstünlüyə malik olduğu dəri: toxunduğunuz zaman soyuqdur, çox qurudur, qabıqlıdır, nahamardır, mimik məsamələrə malikdir və tez yaşlanır. Nəmləndirilməyə ehtiyacı var.
●     Pittanın üstünlüyə malik olduğu dəri: toxunduğunuz zaman ilıqdır, qırmızımtıl rəngə malikdir, nəmdir, həssasdır, günəşdə qaralmış dəri təsiri bağışlayır, sızanaqlara meyillidir, yoluxucu xəstəliklərə və istilikdən qaynaqlanan səpkilərə qarşı müdafiəsizdir. Müntəzəm sərinləşdirici qulluq tələb edir.
●     Kaphanın üstünlüyə malik olduğu dəri: toxunduğunuz zaman soyuqdur, qaşınmaya meyillidir, yağlıdır, səpkilər və tıxanmış məsamələrin yaranması üçün əlverişlidir. Təmizləyəci qulluq tələb edir. 
 

Vatik dəriyə qulluq
Vatanın üstünlüyə malik olduğu dəriyə qulluq vaxt tələb edir, çünki vata doşasının kəskin həddə olduğu dərini sakitləşdirmək asan deyil. Gəlin sizə iki açar sözü açıqlayaq: hidratasiya və nəmləndirmə. Vatanı külək kimi təsəvvür edin. Külək dərinizi qurudur, çatladır və kobudlaşdırır. Bu simptomlardan xilas olmağın yeganə yolu nəmə qərq olmaqdır. Abhyanqa və ya yağ masajı bədənin müalicəvi yağlarla örtülməsi üsuludur. Yağ toxunuşu bədəninizin hüdudları ilə kifayətlənmir, həm də zehninizə nüfuz edir. Bu, yerli olaraq və ya bütün bədən üzrə tətbiq edilə bilər.  Əsasən Vata mərhələsində stabillik yaratmaq üçün nəzərdə tutulmuş Abhyanqa həm bədən, həm də zehin üçün faydalıdır. 
Abhyanqa üçün Nalpamaradi keram, Eladi keram və ya qatqısız kokos yağı kimi müxtəlif yağlar istifadə edilə bilər. Maye üz sabunlarının istifadəsi üz skrablarının istifadəsindən daha yaxşı təsir edəcək, çünki skrablar vatik dərini qıcıqlandıra bilər. Üzvü aloe vera geli daha yaxşı seçimdir.
 

Paittik dəriyə qulluq
Paittik dəri həddən artıq qıcıqlanmış dəridir — onun adekvat dərəcədə sərinləşdirilməsinə ehtiyac var. Aloe vera, jasmin, qızılgül suyu, səndəl ağacı və sarıkök dərinin pittadan qaynaqlanan qıcıqlanmasının (istiliyinin) azaldılmasını təmin edən əsas sərinləşdirici vasitələrdir. Bu dəri növü tərləmə və yağlanmaya qarşı daha həssas olduğu üçün gündə iki dəfə duş alın. Nanə, jasmin, limon otu, lavanda, vetivera və s. kimi sərinləşdirici bitkilərin ekstraktları və efir yağları vanna suyuna əlavə edilə bilər. Onlar enerjini bərpa edir, bədən qoxusunu aradan qaldırır və pitta mərhələsini stabilləşdirir. Paittik dəri həssas olduğu üçün yumşaq vasitələrdən istifadə edərək dərinizi təmizləyin və nəmləndirin.
 

Kaphaja dəriyə qulluq
Bu dəri növü eksfoliasiya tələb edir. Kaphanın üstünlüyə malik olduğu dəri səpkilər və tıxanmış məsamələrin yaranmasına meyilli olduğu üçün hərtərəfli skrablama onun üçün faydalı ola bilər. "Yağlı" sözü kaphaja dəri növü ilə həmişə əlaqəlidir və dəriyə qulluq zamanı bu yağlı təbəqədən xilas olmaq əsas məsələdir. Üzün müntəzəm olaraq yuyulması yağ yığılması prosesini nəzarətdə saxlaya bilər. Gil kimi təmizləyici vasitələr dəriyə tətbiq edilə və daha sonra yuyula bilər. Udvartana və ya toz maşası bu növ dəriyə uyğundur. 
 

Dəri üçün faydalı məsləhətlər: 
●     Çoxlu su için. Dərinizin nəmləndirilməyə ehtiyacı var
●     Dəri üçün faydalı qidalara üstünlük verin — yağın həddən artıq istifadəsi dərinizə təsir edə bilər. Qida rasionunuzda bişmiş və qızardılmış qidalardan daha çox salat və meyvələrə yer verin
●     Kofein və alkoqollu içkilərin istifadəsini azaldın; onlar dərinizi quruda bilər
●     Yuxu rejiminizi tənzimləyin
●     Yoqa ilə məşğul olun və Pranayama kimi nəfəsalma üsullarını tətbiq edin. Onlar mənəvi rahatlıq və aydınlanma bəxş edir, bu da öz növbəsində dərinizin parlaqlığını gücləndirir
 
Bəziləriniz üçün bu, çaşdırıcı ola bilər. Ayurvedanı həyat tərzinizə daxil etmək çətin bir addım kimi görünə bilər, lakin buna görə narahat olmayın! Shabran Wellbeing Resort Ayurveda dünyasındakı bələdçiniz olmaq üçün buradadır.