Ayurveda ilə rahatlanma

Ayurveda masajlarını xüsusi edən nədir?
Ayurveda masajları, orqanizmdə yığılan toksinləri çıxaran və daha da yayılmasının qarşısını alan üsullarla bədəni və zehni cavanlaşdırmaq məqsədi daşıyır. Bu, əsasən masaj edilən şəxsin bədənində vata, pitta və ya kapha prakritinin üstünlük təşkil etdiyini təyin edən tridosha nəzəriyyəsindən istifadə etməklə həyata keçirilir. Sonra fərdi masaj təyin olunur. Ayurveda canlanmanız üçün ən yaxşı seçimdir.

Ayurveda individual qiymətləndirmə əsasında seçilən müalicəvi yağlarla ritmik və sinxronlaşmış masaj hərəkətlərini birləşdirir və bu da prosedurun daha effektiv olması ilə nəticələnir. Müxtəlif orqanik müalicəvi yağlar bütünlükdə prosedurun əsas inqrediyentidir. Yağ insanın doşa strukturu əsasında seçilir. Daha əvvəl də qeyd edildiyi kimi Tridoşa konsepsiyası hansı yağın kimə və nə zaman tətbiq ediləcəyindən asılı olaraq daha çox nəzərə alınır və müvafiq olaraq həyata keçirilir. Belə ki, sizi individual xüsusiyyətlərinizə (Deha prakriti) uyğun yağın seçilməsi ilə dərman bitkiləri komponentlərinin seçilməsi eynilik təşkil edir. Bəzən müalicəvi dəyəri artırmaq üçün otların çox vacib aktiv inqrediyentləri bu otların yağda qızdırılması ilə həll edilir və əldə edilən yağ daha sonra masaj üçün istifadə edilir.

Digər bir sirr isə masajın tətbiq edilmə üsulunda gizlənir. Bu tamamilə fərdiləşdirilə bilər, çünki Ayurvedaya görə, masajda istifadə edilən hərəkətlər pasiyentin ehtiyac və doşa sintezini tamamlamalıdır. İnsan əllərinin istifadəsi ilə hərəkətlər adətən müxtəlif istiqamətli xətlərin çəkilməsini, bədən hissələrinin sıxılmasını və ya əzilməsini ehtiva edir. Şəxsin ehtiyaclarına görə manevrlərin axını dəyişkən ola bilər.
 
Ayurveda masajının müxtəlif növləri ilə tanış olun.
Ayurvedada müxtəlif masaj növləri var onların ən vacibləri aşağıdakılardır:
 
ABHYANQA: Bu, yağ masajının qədim Ayurveda üsulu ilə tətbiqidir. Bu proses zamanı bitkimənşəli yağ tərkibinin xüsusi hərəkətlərlə dərinin qatlarına hopdurulması, bununla da toksinlərin bədəndən çıxarılmasının asanlaşdırılması təmin edilir. Çirklərin bədəndən xaric edilməsi ilə yanaşı, Abhyabqa həm də zehnin və bədənin rahatlanmasına fokuslanır.
 
UDVARTANA: Masajın bu növü toz şəklində bitkimənşəli dərmanların istifadəsini ehtiva edir. Onlar, əsasən, yağla masajdan dərhal sonra bədənin ovulması üçün istifadə edilir. Bu prosedurda bədənin bütün səthi ürək və ya sinə, eləcə də baş nahiyəsinə toxunulmadan sürtmə hərəkəti ilə isidilir. Bu, Abhyanqadan sonra edildikdə çox effektivdir. Ayurveda masajının bu növü toksinlərin xaric edilməsində Abhyanqa ilə bir-birini tamamlayır.
 
PİZHİÇİL: Bu, Ayurveda masajının insanın Praktiri doşası ilə uyğunlaşan dərəcədə dözülə bilən isti yağın tətbiqi ideyası ilə həyata keçirilən çox geniş yayılmış bir növüdür. Yağın bərabər şəkildə tətbiqi və xüsusi hərəkətlərin icrası bədən toxumalarının düzgün şəkildə tonuslanmasına kömək edir.
 
SHIRODHARA: Bu, Ayurveda masajının çox təsirli və sakitləşdirici növüdür. Bu, əsasən, Vata və Pitta doşalarını balanslaşdıran, gərginlik, narahatlıq, məyusluq, çaşqınlıq hissini aradan qaldıran və zehni sakitləşdirən bitkimənşəli inqrediyentlər vasitəsilə tətbiq edilir. Bu proses zamanı pasiyent kürəyi üstə uzadılır, gözlərini yumur və alnından aşağı düz xətt boyunca 1.5-2 litr bitkimənşəli ilıq yağ süzülür. Yağ hərəkətin müntəzəm sürətlə təmin ediləcəyi şəkildə süzülür. Prosesin alına yönələrək icra edilməsinin səbəbi sinir uclarının böyük bir əksəriyyətinin bu nahiyədə yerləşməsindən irəli gəlir. Beləliklə, yağ sinir sisteminə daha asan bir şəkildə nüfuz edir. Bu Ayurveda masajı bir çox Ayurveda təbibləri tərəfindən tövsiyə olunur. 
 
Bədəninizə nələr qazandırdığınıza bir baxın!
Bədənin detoksifikasiyası
Bədənin daxildən və xaricdən rahatlanması
Toksinlərdən xilasolma
Hisslərinin gücləndirilməsi
Oynaqlarının hərəkətinin asanlaşdırılması
Adekvat yuxu rejimi və uzunömürlülük
Dəri teksturanızın artması
Saçın daha tez uzanmasına kömək edir
Yorğunluq və süstlüyü aradan qaldırır
 
Tam yüklü iş və alt-üst olmuş ev arasında oraya-buraya qaçmaq heç də asan deyil. Əgər axtardığınız bədəninizin və zehninizin bərpası və ya cavanlaşmasıdırsa, öz vaxtınızı Ayurveda masajlarına həsr edin. Bədəninizin layiq olduğu əvəzsiz Ayurveda istirahətini təmin edin!