Restoran və Barlar

Zəngin “isveç masası”ndan seçəcəyiniz səhər yeməyi ilə Şabranda bütün gün ərzində enerji ilə dolu olun, üstəlik baş aşpazlarımız tərəfindən məharətlə və zövqlə hazırlanmış ləziz yeməklərin əhatəsində kulinariya səyahətinə yola düşün. Dəbdəbəli restoranımız bütün ailəniz üçün gün ərzində bir-birindən dadlı yeməklər təklif edir. 
 
İş saatları:
 
Səhər yeməyi: 08:00 – 11:30
Nahar və Şam yeməyi: 12:00 - 00:00 
Mənzərəli dağlarla və meşələrlə əhatə olunmuş "Ocaq" Steak House-da çalışan aşpazlarımız kulinariya nümunələrinə yeni ləzzətlər qatırlar. Təzə ətdən və qril yeməklərindən canlı  mühitdə zövq alın. İsti yay aylarında açıq terrasımız qonaqlarımızı təmiz havada füsunkar Şabranın təbiətindən zövq almağa dəvət edir. 
 
İş saatları: 12:00 – 00:00.
2-ci mərtəbədə yerləşən restoranımız qonaqlara dağlara və meşəyə açılan möhtəşəm mənzərədən həzz alaraq, milli mətbəxin nəfis yeməklərindən dadmağı təklif edir. İsti yay aylarında açıq terrasımız qonaqları təmiz havadan zövq almağa dəvət edir. 
 
İş saatları: 12:00 – 00:00 
Masanıza əyləşin və sakit gündən sonra və ya şam yeməyindən əvvəl sevimli içkinizin və siqaranızın dadından zövq alaraq rahatlayın. “Badə” Lounge -Barımız inanılmaz dərəcədə dəbdəbəli ab-havada Sizə öz kokteyl və içkilərinin geniş çeşidini təklif edəcək. 
 
İş saatları: 24/7 
Lounge-Lobby Barımızda bütün gün ərzində fərdi hazırlanmış kokteyllərdən və dadlı yeməklərdən həzz alın. Qeyri-rəsmi görüşünüz varsa, sadəcə bir fincan qəhvə ilə rahatlayın yaxud  yorucu səfərdən otelə qayıtdıqdan sonra təravətli içkilərimizlə dincəlin.
 
İş saatları: 24/7 
Ayurveda terapiyası alıb-almamağınızdan asılı olmayaraq, yoqa məşğələlərinin enerji ilə zənginləşdirilməsi və ya sadəcə hovuzun yanında rahatlaya bilmək üçün “Aura” Kafe gününüzü maraqlı etmək üçün Sizə müxtəlif qidalandırıcı yeməklər, isti və soyuq faydalı qəlyanaltılar, detoksedici içkilər və bitki çaylarının nəfis dadını təklif edir. 
 
İş saatları: 08:00 – 22:00