“AYURVEDA” SPA MƏRKƏZİ

Dəbdəbəli və zərif “Shabran Wellbeing Resort” ekzotik ab-havaya malik gümrahlıq təklif edir və qonaqlarına ecazkar harmoniya və bənzərsiz istirahətin vəhdətini bəxş edir.

“Ayurveda” SPA Mərkəzi dəbdəbəli mühitlə əhatə olunan və sakit atmosferə malik cənnət guşəsidir. “Ayurveda” SPA Mərkəzi Ayurveda əsasında prosedurların unikal kombinasiyası vasitəsilə üz, bədən və masaj prosedurlarının tam spektrini təklif edir. Mərkəz 5 prosedur kabinetindən, bir əlavə VİP prosedur otağından, istirahət zonasından, fin saunasından, buxar hamamından və yoqa studiyasından ibarətdir. 

SPA mərkəzimiz ən son texnika ilə təchiz edilmiş kardio-trenajor zalı, bağlı hovuz və futbol meydançası kimi təsisatlarla sıx şəkildə bağlıdır.

AYURVEDA SPA

“Shabran Wellbeing Resort” Azərbaycanda ilk Ayurveda mərkəzidir. SPA Mərkəzimiz 800 kvadrat metr ərazini əhatə edir və Hindistandan dəvət olunmuş və 100 illik tarixə malik və terapevtlərin peşəkar komandası ilə birgə Pançakarma təcrübəsi üzrə mükafat qazanmış təşkilat tərəfindən təmin edilmiş xüsusi orijinal müalicə təcrübəsini təklif edir. Komandamız sanatoriyamızda qaldığınız müddət ərzində fiziki, psixi və fiziki sağlamlığınıza xüsusi diqqət yetirəcəkdir”.

Ayurveda Təcrübəsi

“Ayurveda” mərkəzimizdəki macəranız hoteldə olduğunuz müddət ərzində peşəkar həkimin konsultasiyası ilə baş tutan müalicəvi Pançakarma prosedurları, sübhdə və gün batımında yoqa, Pranayama seansları, xüsusi pəhriz və həyat tərzi üzrə kouçinqlə başlayacaqdır. 

Müalicə terapiyaları

“Ayurveda” mərkəzimiz bu hallarda müalicə terapiyasını təqdim edir:
 
- Dəri və saç sağlamlığı;
- Artrit;
- Qocalma əleyhinə terapiya;
- Stress, narahatlıq və depressiya;
- Bağırsaq və həzm pozğunluqları;
- Artıq çəki;
- Yüksək qan təzyiqi;
- 2-ci tip şəkərli diabet;
- Allergiya.

SPA Xidmətləri

“Ayurveda” SPA Mərkəzində yoqa studiyası, fin saunası və buxar otağı, istirahət zonaları və masaj otaqları, qapalı hovuz, kardio otağı və mini stadionu fəaliyyət göstərir.